M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidmətində uzun müddət işlədiyinə və yüksək peşəkarlıq göstərdiyinə görə Mehman Xıdır oğlu Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adı verilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2013-cü il.