Rayon haqqında
Goranboy rayonu Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə Respublikanın inzibati ərazi bölgüsü olmaqla inzibati rayon kimi yaradılmışdır. Həmçinin həmin il, icraiyyə komitəsinin 477 №-li qərarı ilə rayonun tarixi torpaqları hesabına rayonun Gülüstan ərazisi də daxil olmaqla, Yuxarı və Aşağı Ağcakənd ərazisində Aşağı Ağcakənd rayonu da yaradılmışdır. 1938-ci il 8 sentyabr tarixində icraiyyə komitəsinin növbəti Qərarı ilə Goranboy rayonun tarixi adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd adı isə Şaumyan rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali sovetinin qərarı ilə 1991-ci il 12 fevral tarixli eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır. «Goranboy» sözünün özünü alimlər müxtəlif cür izah edirlər. Bəzi tarixçilər toponimin «Goran» və «boy» sözlərindən əmələ gəldiyini ehtimal edir. «Goran» sözünün kökü olan Gor (qor) sözünün od, odlar yurdu, «boy» sözünün nəsil, qəbilə mənalarında işləndiyini bildirirlər.
Məhşur coğrafşunas Strabonun 17 kitabdan ibarət «Coğrafiya» əsərində adı çəkilən 26 tayfadan biri məhz «Ger» tayfası olmuşdur.
Bunu görə də Goranın Gel, Gor tayfalarının məskunlaşdığı ərazi, yer adı kimi tarixə düşdüyü ehtimal olunur. Başqa mənbələrdə «Gor» sözü«kitabi Dədə-Qorqud»da qeyd olunan «Gor» sözü ilə eyniləşdirirlər.
Burada «Gor» sözü çoxlu qəbir, məzar yeri mənasındadır ki, bu da bu ərazilərin qədim insan-yaşayış məskənlərindən olduğunu isbat edir. XIV əsr tarixçisi Rəşidəddinin tədqiqatlarına görə 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi və dairənin mərkəzində sərkərdənin (ordu başçısının) alaçığının yerləşməsi Goran adlanmışdır. Məhz monqolların Gəncəyə hucumları zamanında Gəncəyə yaxın ərazidə Goran düzünün olması da tarixi həqiqətlərdəndir. Digər mənbələrdə isə Goran toponimini Qarabağ mahalının Kolanı tayfası ilə də bağlayırlar.
Azərbaycanın müxtəlif ərazilərində Goran kompanentli aşağıdakı toponimlərə rast gəlinmiş və həmin adlar müasir dövrümüzdə də qalmaqdadır: Goran çayı, Goran düzü, Goranboy, Goran, Goranlı (Goranboy rayonunda), Goran qalası (Şərur rayonunda), Goranlının düzü (Daşkəsən rayonunda), Goranlı kəndi (Eçmiədzin rayonu, İrəvan xanlığının Sərdarabad mahalı və s). İndiki Ermənistan ərazisində də türk toponomlərinin olması, o cümlədən «Goran» toponoiminin, bu ərazilərin qədim türk yaşayış məskənlərindən olduğunu sübut edən tarixi faktlardan biridir.
Goranboy çoxəsrlik tarixə malik yurd yerlərindən, qədim türklərin yaşadığı insan məskənlərindən biri kimi Azərbaycan tarixinin tədqiqatlarla zəngin səhifələrindəndir.
Qədim tarixçilərin səlnamələri, orta əsr və müasir dövr tarixçilərinin araşdırmaları və eləcə də müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət abidələri, memarlıq və tarixi tikililər bu ərazinin qədimiliyindən xəbər verir. 3-4 minillik tarixi olan Səfikürd və Borsunlu kurqanları, Erkən orta əsrlərin qala şəhərlərindən olan Şətəl şəhəri, Alban məbədi, XII əsrin memarlıq abidəsi olan Gülüstan qalası və eləcə də bəzi dəyərli arxiv materialları deyilənlərin əyani subutlardır.
Qeyd etmək yerinə düşər ki, 1805-ci il 14 may tarixli Kürəkçay (Qarabağ-Rus), 1813-cü il 13 oktyabr tarixli Gülüstan (Rus-iran) müqavilələri məhz Goranboyun tarixi əraziləri olan indiki Kürəkçay və Gülüstan ərazilərində imzalanmışdır.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Xüsusi notarius: Aslanov Xəqani Aslan oğlu;
Telefon: (02224) 5-31-68;
Ünvan: D.Qorqud küç. 15;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Goranboy rayon qeydiyyat şöbəsi
Rəis: Sərdərli Tuqay Cavanşir oğlu;
İş telefonu: 02224-5-10-36;
Ünvan: Civəzadə küç 16;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII
Goranboy rayon icra qrupu
Rəis: Cəfərov Rauf Niyaz oğlu;
İş telefonu: 02224-5-15-94;
Ünvan: Goranboy şəhəri, V.Bayramov küçəsi 3;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Goranboy rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Ağamalıoğlu bələdiyyəsi |
Ədilbəyli Sahib |
Ağamalıoğlu kəndi |
050 345-02-77, 02224-6-72-15 |
Alpout bələdiyyəsi |
Vəliyev İsmayıl |
Alpout kəndi |
050-567-49-72 |
Aşağı Ağcakənd bələdiyyəsi |
Əliyev Mayıl |
Aşağı Ağcakənd kəndi |
050-642-11-78 |
Bağçakürd bələdiyyəsi |
Vəliyev Niyazı |
Bağçakürd kəndi |
070-293-55-65 |
Borsunlu bələdiyyəsi |
İsmayılov Elşad |
Borsunlu kəndi |
050-581-74-12 |
Börü bələdiyyəsi |
Novruzov İlkin |
Börü kəndi |
02224-9-82-12 |
Buzluq bələdiyyəsi |
Qasımov Dəşdəmir |
Buzluq kəndi |
055-549-23-59 |
Boluslu bələdiyyəsi |
Alahverdiyeva Manya |
Boluslu kəndi |
055-758-10-45, 02224-9-35-45 |
Dəliməmmədli bələdiyyəsi |
İsgəndərov Sübhan |
Dəliməmmədli kəndi |
070-317-57-87 |
Dəyirmanlar bələdiyyəsi |
Rzayev Umud |
Dəyirmanlar kəndi |
055-586-76-69 |
Əlirzalı bələdiyyəsi |
Əlirzalı kəndi |
055-857-04-80 |
|
Əzizbəyov bələdiyyəsi |
Əliyev Əli |
Əzizbəyov kəndi |
050-396-74-35, 02224-6-84-44 |
Faxralı bələdiyyəsi |
Vəliyeva Sevda |
Faxralı kəndi |
050-467-68-34, 02224-6-62-99 |
Goranboy bələdiyyəsi |
Şırınov Oruc |
Goranboy şəhəri |
050-537 64 74, 02224-5-15-74 |
Goranlı bələdiyyəsi |
İmamverdiyeva Şümşad |
Goranlı kəndi |
051-956-64-01, 02224-7-72-49 |
Gürzallar bələdiyyəsi |
Vəliyev İnqilab |
Gürzallar kəndi |
050-667-70-29, 02224-9-82-69 |
Hazırəhmədli bələdiyyəsi |
Alıyev Rövşən |
Hazırəhmədli kəndi |
050-338-21-58 |
Kələk bələdiyyəsi |
Məmmədov İsrayıl |
Kələk kəndi |
070-679-92-65 |
Kürəkçay bələdiyyəsi |
Məmmədov Seymur |
Kürəkçay kəndi |
070-273-30-30, 02224-7-73-73, 02224-7-73-00 |
Mənəşli bələdiyyəsi |
Qasımov Natiq |
Mənəşli kəndi |
070-504-57-61, 02224-6-03-97, 02224-6-04-50, 02224-6-04-59 |
Muzdurlar bələdiyyəsi |
Əliyev Qabil |
Muzdurlar kəndi |
055-886-34-18 |
Nadirkənd bələdiyyəsi |
Ağayev Əli |
Nadirkənd kəndi |
050-403-65-52 |
Nərimanlı bələdiyyəsi |
Tağıyev Maqsud |
Nərimanlı kəndi |
050-403-80-62, 02224-9-37-44, 02224-6-52-42, 02224-6-53-82 |
Nizami bələdiyyəsi |
Babayev Məzahir |
Nizami kəndi |
|
Qaraçinar bələdiyyəsi |
Hüseynov Şakir |
Qaraçinar kəndi |
050-643-72-70, 051-546-96-68, 02224-9-75-69, 02224-9-76-81 |
Qaradağlı bələdiyyəsi |
Hüseynov Elmir |
Qaradağlı kəndi |
051-551-49-57 |
Qaramusalı bələdiyyəsi |
Əliyev Əzim |
Qaramusalı kəndi |
050-356-15-25, 02224-9-42-10, 02224-9-42-28 |
Qarqucaq bələdiyyəsi |
Qarqucaq kəndi |
070-920-50-38, 055-853-88-55, 02224-7-54-32, 02224-7-52-00 |
|
Qazanbulaq bələdiyyəsi |
Əlipur Zirəddin |
Qazanbulaq kəndi |
02224-7-80-22 |
Qırıqlı bələdiyyəsi |
Bağırov Nizami |
Qırıqlı kəndi |
050-345-09-75 |
Qızılhacılı bələdiyyəsi |
İsmayılov ilqr |
Qızılhacılı kəndi |
050-667-00-38, 02224-4-01-97 |
Quşçular bələdiyyəsi |
Abdullayev Zabit |
Quşçular kəndi |
070-357-25-96, 02224-6-14-95 |
Rəhimli bələdiyyəsi |
Məmmədov Sarif |
Rəhimli kəndi |
070-687-94-08, 02224-5-18-77 |
Rus Borisi bələdiyyəsi |
Safanova Marfa |
Rus Borisi kəndi |
02224-5-53-06 |
Sarov bələdiyyəsi |
Zeynalov Rəşid |
Sarov kəndi |
050-310-14-77, 02224-6-18-51 |
Səfikürd bələdiyyəsi |
Muradov Nizami |
Səfikürd kəndi |
050-732-66-24, 02224-4-55-99 |
Səmədabad bələdiyyəsi |
Məmmədov Sahib |
Səmədabad kəndi |
050-620-55-12 |
Şadılı bələdiyyəsi |
Mehdiyev Firəddin |
Şadılı kəndi |
070-289-99-80, 02224-6-94-74 |
Şəfəq bələdiyyəsi |
Mustafayev Ələddin |
Şəfəq kəndi |
050-591-80-54, 02224-9-75-92 |
Tapqaraqoyunlu bələdiyyəsi |
Yusifov Rafiq |
Tapqaraqoyunlu kəndi |
055-873-10-71, 02224-7-12-67, |
Tatarlı bələdiyyəsi |
Cabbarov Rəhim |
Tatarlı kəndi |
055-498-55-11 |
Todan bələdiyyəsi |
İbrahimov Şirin |
Todan kəndi |
070-369-17-03, 070-918-85-51, 02224-6-03-22 |
Veyisli bələdiyyəsi |
İmamvəliyev Sadiq |
Veyisli kəndi |
050-580-93-51, 02224-7-22-86 |
Xanqərvənd bələdiyyəsi |
Əvəzov Dilqəm |
Xanqərvənd kəndi |
050-333-62-24, 02224-7-33-86 |
Xınalı bələdiyyəsi |
Aslanova Gülparə |
Xınalı kəndi |
055-722-37-02, 02224-9-42-90 |
Xoylu bələdiyyəsi |
İbrahimov Adil |
Xoylu kəndi |
077-620-82-26, 050-620-82-26 |
Yəhərçi Qazaxlar bələdiyyəsi |
Sarıyev Vilayət |
Yəhərçi Qazaxlar kəndi |
050-344-20-21, 02224-6-40-22 |
Yeni Yol bələdiyyəsi |
Hüseynov Yaşar |
Yeni Yol kəndi |
050-369-31-55, 055-928-59-00, 02224-7-32-79 |
Yolpaq bələdiyyəsi |
Əliyev Adil |
Yolpaq kəndi |
055-965-13-58 |
Yolqullar bələdiyyəsi |
Zeynalov Abduləli |
Yolqullar kəndi |
077-615-03-43, 02224-6-97-92 |
Zeyvə bələdiyyəsi |
İbrahimov Bahiyəddin |
Zeyvə kəndi |
050-560-59-68, 02224-7-02-31 |