V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov iyunun 13-də saat 11:00-da ədliyyə fəaliyyəti ilə bağlı Gəncə şəhərində vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşlar qəbula yazılması üçün Gəncə Regional Ədliyyə İdarəsinə (əlaqə telefonları: şəhər: (022) 254-45-15, mobil: (055) 679-41-19, elektron poçt: ganja_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu  Gəncə Regional Ədliyyə İdarəsinin inzibati binasında (Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 May küçəsi 52)keçiriləcəkdir.