V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

Vətəndaşların  arzu və təkliflərinin  sərbəst səsləndirilməsi, onları narahat edən məsələlər barədə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən sentyabrın 27-də “Açıq mikrafon” günü keçiriləcəkdir.

Tədbirdə iştirak etmək istəyən vətəndaşlar Gəncə Regional Ədliyyə İdarəsinə müraciət edə bilərlər (Ünvan: Gəncə şəhəri, 28 may küçəsi, 52, tel.: (022) 254-48-15).

Məlumat üçün bildirilir ki, Gəncə Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları daxildir.