V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

 

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov dekabrın 20-də saat 11:00-da ədliyyə fəaliyyəti ilə bağlı Samux rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşlar qəbula yazılması üçün Gəncə Regional Ədliyyə İdarəsinə (əlaqə telefonları: şəhər: (022) 254-45-15, mobil: (055) 679-41-19, elektron poçt: ganja_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu Samux Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında ( Samux rayonu A.Nəbiyev küçəsi 40)keçiriləcəkdir.