V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov fevralın 16-da saat 11:00-da ədliyyə fəaliyyəti ilə bağlı Naftalan şəhərində vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşlar qəbula yazılması üçün Gəncə Regional Ədliyyə İdarəsinə (əlaqə telefonları: şəhər: (022) 254-45-15, mobil: (055) 679-41-19, elektron poçt: ganja_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu  Nafatlan Şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasında ( Naftalan şəhəri S.Vurğun küçəsi 47)keçiriləcəkdir.