Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Gəncə regional ədliyyə idarəsi tərəfindən şəhərdə fəaliyyət göstərən yerli ədliyyə qurumlarının əməkdaşlarının və könüllüllərin iştirakı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. İştirakçılara Ümumlilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğunda müstəsna rolu, dövlətçilik irsi barədə məlumatlar verilib.

            Yekunda əbədiyaşar şəxsiyyətin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilb.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq ədliyyə işçilərində xoş və zəngin təəssürat yaradıb.