Regionda bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

 

26 iyul 2018-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Goranboy rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və vəzifələri",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır.

Tədbirdə Goranboy rayonunda fəaliyyət göstərən 47 bələdiyyənin ümumilikdə 50 üzvü və qulluqçusu iştirak etmişdir.