Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

20 oktyabr 2017-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Samux şəhər bələdiyyəsi və kənd bələdiyyələrinin üzvləri və qulluqçularının iştirakı ilə seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən   “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokolun tətbiqi” və “ Bələdiyyənin maliyyə hesabatlarının tərtib edilməsi qaydası” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkilinin xüsusiyyətləri” mövzularında çıxışlar edilmişdir. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.