Yerli İcra şöbələri ilə görüş

31.10.2017- ci il tarixdə Gəncə regional ədliyyə idarəsininin təşkilatçılığı ilə Goranboy, Göygöl, Naftalan, Xocalı, Samux, Daşkəsən  rayon icra şöbələrinin əməkdaşları ilə birgə Gəncə regional ədliyyə idarəsininin  inzibati binasında seminar müşavirə keçirilmişdir. İdarənin rəisi, baş ədliyyə müşaviri Kəmaləddin Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının 100  illik yubileyi haqqında” 16.05.2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələri, eyni zamanda Azərbaycan  Ədliyyəsinin 100 illi barədə 27 iyul 2017-ci il tarixli qərarın icrası ilə bağlı tədbirlər keçirilməsi barədə geniş məlumat vermişdir.