Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

19dekabr 2017-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Goranboy rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “ Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır.Tədbirdə Goranboy rayonunda fəaliyyət göstərən 47 bələdiyyənin ümumilikdə 50 üzvü və qulluqçusu iştirak etmişdir.