“ Açıq hökumətin təşviqi üzrə tədbirlər çərçivəsində bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi barədə ” barədə hüquqi-maarifləndirici TOPLANTI

Gəncə  Regional Ədliyyə İdarəsinin təşəbbüsü ilə 24 yanvar 2018-ci il tarixində Gəncə  Regional Ədliyyə İdarəsinin inzibati binasında  Açıq hökumətin təşviqi üzrə tədbirlər çərçivəsində bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi barədə” hüquqi-maarifləndirici toplantı təşkil olunmuşdur. Toplantıda Regional Ədliyyə İdarəsinin əməkdaşları,  Kəpəz rayon Hacıkənd və Kəpəz rayon Kəpəz bələdiyyələrinin qulluqçuları iştirak etmişdir.

Tədbiri Gəncə Regional Ədliyyə İdarəsinin aparıcı məsləhtçisi Ruslan Əliyev açaraq toplantının gündəliyinin əsas mövzusunun “Açıq hökumətin təşviqi üzrə tədbirlər çərçivəsində bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi barədə” olduğunu bildirmişdir. R.Əliyev diqqətə çatdırmışdır ki, Bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.

Daha sonra bələdiyyə üzvləri və qulluqçuları çıxış edərək bildirmişdir ki, bələdiyyələr yaradıldığı gündən dövlətin yaxından dəstəyini hiss edir, bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmlənir.