Gənclər günü ilə bağlı tədbir keçirilib

       02.02.2018- ci il tarixdə Gəncə regional ədliyyə idarəsininin təşkilatçılığı ilə Gəncə şəhəri üzrə icra idarəsinin əməkdaşları ilə birgə Gəncə regional ədliyyə idarəsininin  inzibati binasında  Gənclər günü ilə bağlı tədbir keçirilib.

        Tədbirdə regional ədliyyə idarəsinin əməkdaları qeyd ediblər ki,Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırdada günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.

         Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. 2012-ci ildə keçirilən «Avroviziya» mahnı müsabiqəsinin, həmçinin 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Olimpiya Oyunlarının təşkilat komitələrinə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təyin olunması Fondun ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir. Heydər Əliyev Fondu gəncləri, onların qayğılarını hər zaman diqqət mərkəzində saxlayır.