Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

07 mart 2018-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Naftalan şəhər və  Qaşaltı Qaraqoyunlu bələdiyyəsində  fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “ Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır.