Bələdiyyələrdə hüquqi-marifləndirmə işlərinin aparılması və bələdiyyələrə metodiki köməklik göstərilməsi ilə bağlı tədbir

23 may 2019-cu il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Göygöl rayonunun ərazisində  fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda Gəncə regional ədliyyə idarəsinin böyük məsləhətçisi Samir Cəfərov və idarə əməkdaşları tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “ Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır