Bu gün Gəncə regional ədliyyə idarəsində \\\"Açıq qapı\\\" günü keçirilir

Azərbaycan Xalq Cümhuriyyətinin  və Azərbaycan  Ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi münasibəti ilə  "açıq qapı" günləri keçirilir.  Ədliyyə işinin müxtəlif istiqamətləri üzrə , ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə qəbul aparılır. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən və maraqlandıran məsələlərlə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilməklə qaldırılan məsələlər öyrənilmiş, bir qisminin həlli istiqamətində yerində tədbirlər görülmüş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür.