Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ədliyyəsinin 100 illiyi ilə bağlı tədbir keçirilib

22 may 2018-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı iləGəncə Apellyasiya Məhkəməsi,Gəncə İnzibati-İqtisadi Məhkəməsi Göygöl,Kəlbəcər,Daşkəsən,Goranboy,Xocalı,Samux rayon məhkəmələri və həmçinin  Naftalan şəhəri Gəncə şəhəri Nizami və Kəpəzrayon məhkəmər , qeydiyyat, notariat və icra  şöbəsinin əməkdaşlarının iştirakı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbayacan Ədliyyəsinin 100 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri Gəncə Apellyasiya Məhkəməsinin sədri Mahmudov Tapdıq Şükür oğlu açaraq bildirib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə  qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu.

Daha sonra Gəncə regional ədliyyə idarəsinin rəisi, baş ədliyyə müşaviri  Həsənov Kəmaləddin Həsən oğlu tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq  müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Tədbirdə həmçinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin sədri Kazımov Rasim Sarı oğlu, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Abbasov Natiq Mehdi oğlu,Gəncə regional ədliyyə idarəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, II dərəcəli ədliyyə qulluqçusu  Cəfərov Samir Tofiq oğlu,Göygöl qeydiyyat şöbəsinin rəisi Hacıyev Eldəniz Tofik oğlu Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbayacan Ədliyyəsinin 100 illiyi ilə bağlı çıxışlar etmişlər.