Bələdiyyələrin maarifləndirilməsi davam edir

12 sentyabr 2019-cu il tarixdə Gəncə Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə Samux rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda Gəncə Regional Ədlyyə İdarəsinin baş məsləhətçisi  tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “ Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır.