Dövlət başçısının tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

Dövlət başçısının rəhbərliyi ilə korrupsiyaya qarşı ciddi mübarizə aparılaraq şəffaflıq, dürüstlük, qanunun aliliyi, ədalət və xalqa xidmət ilə bağlı hər bir dövlət məmuruna, xüsusilə hüquq tətbiqi orqanlarına qəti tapşırıqlar verilib və qarşıda mühüm vəzifələr qoyulub.

Ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır.

Bu məqsədlə mayın 19-da Gəncə regional ədliyyə idarəsinin inzibati binasında Gəncə regional ədliyyə idarinin əməkdaşları və Gəncə şəhəri üzrə icra idarəsinin əməkdaşları ilə birgə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair müşavirə keçirilib.

Çıxış edən  Samir Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər haqqında qeyd edilib.