Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq istəyənlərin nəzərinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən kadr korpusunun hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə şəffaf şəraitdə mütəmadi müsabiqələr keçirilir.

Bununla əlaqədar ədliyyə orqanlarına qulluğa qəbul olunmaq istəyənlərə əlverişli şərait yaradılır, ərizələrin qəbulu məqsədilə nazirliyin internet səhifəsində (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalında (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət fəaliyyət göstərir.

Bu tədbirlər çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla)işləmək arzusunda olan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları elan edilmiş müsabiqədə iştiraka dəvət olunur. Bununla bağlı, qeyd olunan elektron xidmət vasitəsilə ərizə forması doldurulmalı və təsdiq edilməlidir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Qeyd edirik ki, namizədlərin seçimində çevikliyin təmin edilməsi məqsədilə müsabiqənin birinci mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə müvafiq sayda namizəd qrupu formalaşdıqca informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla keçiriləcəkdir. Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqdır.

Namizədlərin imtahanlara hazırlaşmalarına dair metodiki xülasə və müsabiqənin keçirilməsi qaydaları ilə nazirliyininternetsəhifəsində"Qulluğa qəbul" bölməsində vəqeydə alınan namizədlərin elektron kabinetlərində tanış olmaq mümkündür. Busənədlərhabelə, yerliədliyyəqurumlarına müraciətedənlərətəqdimolunur.

Bildirilir ki, mövcud təcrübəyə əsasən hazırkı müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarınavəyüksəknəticələrəldəetmələrinəköməklikməqsədilə nazirliyin Ədliyyə Akademiyasında vaxtaşırı hazırlıq kursları təşkil edilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Test imtahanlarının vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.