Şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərimizə hərtərəfli dövlət qayğısı göstərilərək, onların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən şəhid ailələrinə, yaralananlara və hərbçilərimizə ilk gündən lazımi dəstək göstərilir, qayğılarına xüsusi həssaslıqla yanaşılır.

Oktyabrın 29-da Gəncə Regional Ədliyyə İdarəsinin kollektivi 44 günlük Vətən müharibəsidə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olmuş Gəncə şəhər sakini Mahmudov Elşad Suliddin oğlunun ailəsinə baş çəkilib, qayğısı ilə maraqlanılıb. Şəhidin anası görüşdə Vətən müharibəsində Azərbaycan oğullarının, o cümlədən E.Mahmudovun şücaətindən söz açıb, müharibədə şəxsi igidlik və rəşadət nümayiş etdirdiyinə görə dövlət başçısı tərəfindən oğlunun “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirib.

Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib.

 

                                                                            Gəncə Regional Ədliyyə İdarəsi