Bələdiyyələrin maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

Gəncə şəhərində fəaliyyət göstərən bələdiyyələrin maarifləndirilməsi üçün bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə 13.10.2022-ci il tarixdə Gəncə Regional Ədliyyə İdarəsində Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndiriləsinin əhəmiyyəti" mövzularında seminar təşkil edilmişdir.

 Bundan başqa seminarda şəffaflığın artırılması məqsədilə tədbirlərin görülməsi üçün qanunvericiliyin tələbləri iclas iştirakçılarına izah edilmiş və Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir.