Bələdiyyələrin maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

Daşkəsən  rayonunda fəaliyyət göstərən bələdiyyələrin maarifləndirilməsi üçün bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə 24.11.2022-ci il tarixdə Gəncə Regional Ədliyyə İdarəsində

Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşlılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyi (cari ildə öyrənilən beynəlxalq təcrübədən nümunələr gətirmək (Xarici İşlər Nazirliyinin məktubları və s) və Bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası "  mövzularında seminar təşkil edilmişdir.

Bundan başqa seminarda şəffaflığın artırılması məqsədilə tədbirlərin görülməsi üçün qanunvericiliyin tələbləri iclas iştirakçılarına izah edilmiş və Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir.